Çərşənbə axşamı 10 İyun 2025 / 10:14:25
                    AZ   |   RU
Xəyyam Nisanov: “Allah Fələstin terrorçularının bəlasını versin”- FOTO

 

Azərbaycanda yaşayan yəhudi əsilli müğənnilər də İsrail Həmas qruplaşması arasında gedən müharibəni yaxından izləyirlər. Belə sənətçilərdən biri də Xəyyam Nisanovdur. 


Müharibəylə bağlı fikirlərini öyrənmək üçün onunla əlaqə saxladıq.


Xəyyam Nisanov Missiya.Az-a açıqlamasında bildirib ki, bu barədə heç bir müzakirə aparmır, suallara cavab vermir. 


Lakin müğənni qeyd edib ki, İsrail Həmas qruplaşması arasında gedən müharibə ilə bağlı instagram hesabında paylaşım edib.


Müğəninin İnstagram hesabına nəzər saldıq. Postların birində İsrail bayrağı yumruq formasında əks olunub və postun altında “Staystrongisrael”(Güclü qal, İrsail) həştəqi qeyd edilib. 


O, eyni zamanda sosial şəbəkə hesabında İsraili dəstəklədiyini göstərən statuslar və İsraildə gedən döyüşlərdə həlak olmuş Azərbaycan əsilli İsrail vətəndaşlarının fotolarını paylaşıb və yazıb:


“Allah rəhmət eləsin. Allah Fələstin terrorçularının bəlasını versin”.


Leyla SƏMƏNDƏR
Missiya.Az

  



  • 11-10-2023, 17:38