AZ   |   RU   |   Köhnə versiya

“Patı” satan keçmiş məhkum saxlanıldı


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Missiya.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Qəndəliyevin üzərində narkotik vasitə daşımasına dair əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə- metamfetamin ( patı ) və heroin aşkarlanıb. Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Baxış sayı: 309
  • 17-07-2021, 15:52