AZ   |   RU   |   Köhnə versiya

Ağır yaralanan daha 8 qazimiz Türkiyəyə göndərilib FOTO


Ağır yaralanan daha 8 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Missiya.Az xəbər verir ki, Fonddan  verilən məlumata görə, Türkiyədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Qeyd edək ki, müalicə üçün Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:

1. Hüseynov Tural Araz oğlu

2. Bağırov Yaşar Yavər oğlu

3. Məmmədov Məhəmməd Asif oğlu

4. Məmmədzadə Adəm Gülhəsən oğlu

5. Nağıyev Şıxseyid Vahid oğlu

6. Novruzov Rəşad Lətif oğlu

7. Məhərrəmov Əkbər Səyyaf oğlu

8. Qurbani Ruslan Qulam oğlu




Baxış sayı: 728
  • 13-07-2021, 11:35