“Azərbaycan və özbək xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi çox dərindir. Ortaq dini, dili və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Tarixin bütün dövrlərində xalqlarımız arasında münasibətlər yüksək səviyyədə olub. Sovetlər dönəmində də iki respublika arasındakı əlaqələr çoxşaxəli olmaqla yanaşı, nümunəvi xarakterdə idi. Müstəqillik illərində isə münasibətlər daha da istiləşdi”.
Bunu Özbəkistanın Müstəqillik Günü ilə bağlı özünün Facebook səhifəsində Türk Ağsaqqalları Birliyi –TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov yazıb.
R.Əhmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Özbəkistanla əlaqələrin genişləndirilməsinə, xalqlar arasında dostıuq və qardaşlıq münasibətinin daha da möhkəmlənməsinə xüsusi önəm verilib:
“Bu siyasət bu gün də uğurla davam etdirilir. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında və sarsılmaz dayaqlar üzərində inkişaf etməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. İnanırıq ki, dövlət başçılarının dostluq münasibəti - Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsində bundan sonra da böyük rol oynayacaq.
Qardaş Özbəkistanı Müstəqillik Günü münasibəti ilə təbrik edirik. Türk Dünyasının xüsusi əhəmiyyət daşıyan ölkəsinə əminəmanlıq və tərəqqi arzulayırıq!” – deyə paylaşımda vurğulanır.
Elcan
Missiya.Az