AZ   |   RU
Taekvondo komandamız bürünc medal qazandı


Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvondo üzrə komanda yarışlarında idmançılarımız bürünc medal qazanıblar.


Missiya.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Rusiyanın Ural Dövlət Universitetinə 54:38 hesabı ilə məğlub olaraq bürünc medal əldə edib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.


Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir.

Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.



  • 31-08-2023, 18:41