AZ   |   RU
Ukraynanın Rusiyaya qarşı ittihamları əsassızdır - Peskov


"Ukrayna nümayəndələrinin Rusiyanın guya Afrikada yeni miqrasiya dalğaları yaratmaq üçün qəsdən aclıq təhlükəsi yaratdığına dair ittihamları əsassızdır".

Missiya.Az xəbər verir ki, bu sözləri jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Onlar tamamilə əsassızdır, səhvdir, reallığın qəsdən təhrifidir", - Kremlin sözçüsü bildirib.

Peskov vurğulayıb ki, Afrikada taxıl və ərzaq qıtlığının Rusiya ilə heç bir əlaqəsi yoxdur.

"Əksinə, Moskva bu sahədə çox məsuliyyətli mövqe tutur. Rusiya məsələyə dair müvafiq öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq, "Taxıl sazişi" müddətini dəfələrlə uzadıb. Hətta indi də, sövdələşmənin özünün artıq işləməməsi faktına rəğmən məsuliyyətli mövqe tutur. Sizin Afrika qitəsinin ən kasıb ölkələrinə pulsuz taxıl partiyalarının göndərilməsi təşəbbüsündən xəbəriniz var, bu barədə bu yaxınlarda keçirilən Rusiya-Afrika sammitində söylənilib”, - o qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az



  • 31-08-2023, 17:21