AZ   |   RU
Həbsdə olan güneyli fəal sərbəst buraxıldı


"Güney Azərbaycan Milli Hərəkatının fəallarından Məhəmmədrza Məhərrəmi avqustun 27-də məhkəmə prosesi başa çatana qədər 100 milyon tümən (4 min 52 ₼) müqabilində Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb".

Missiya.Az bu barədə "Azad İran" kanalı məlumat yayıb.

Bildirilib ki, məhkəmə prosesinin ilkin mərhələsində o, “İslam Respublikasına qarşı təbliğat aparmaq və ictimai asayişi pozmaq”da ittiham olunub.

Xatırladaq ki, milli fəal bir müddət əvvəl Təbrizin “Traktor” və BƏƏ-nin “Şarja” futbol komandalarının oyununu izləmək üçün Təbrizin Səhənd stadionuna daxil olarkən “Urmu gölüm qurumasın” şüarı olan köynək geyindiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.


Zərintac Mayisqızı
Missiya.Az



  • 30-08-2023, 16:23