AZ   |   RU
Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirdi


Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirib.

Missiya.Az
“RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.


“Ümumi səfərbərlik prosesinin həyata keçirilməsi ilə bağlı Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan və dövlət institutlarına etimadı sarsıdan korrupsiya halları aşkar edilib”, - deyə bildirilib.

Ukrayna Baş Prokurorluğuna korrupsiyaya qarşı mübarizə tədbirləri görülməsi tövsiyə edilib.

Zərintac Mayisqızı
Missiya.Az



  • 11-08-2023, 17:41