AZ   |   RU
Ələ keçirilən “Pantsir” raket sistemləri Ankaraya gətirildi - Rusiya təşvişdə

Liviyada Rusiyaya məxsus “Pantsir” raket sisteminin hökumət qüvvələri tərəfindəələ kiçirilməsinin təfərrüatı məlum olub. 
 
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ələ keçirilən raket sistemləri araşdırılma aparılması üçün Türkiyəyə gətirilib. Raketlərin Ankaraya gətirilməsi Rusiyada böyük təşvişə səbəb olub. Rusiya mediası yazır ki, əgər “Pantsir” texnologiyasının sirləri açılarsa, Türkiyə PUA-larına qarşı mübarizə çətinləşəcək. 


Qərb ölkələrinin hərbi mütəxəssisləri “Pantsir” raket sistemlərinin qarmaqarışıq bir texnologiyaya malik olduğunu qeyd edirlər: "“Pantsir”i araşdırmaq və sirlərini öyrənmək, həmin silahın Türk PUA-ları ilə bərabər, NATO qarşısında da tamamən zəiflədə bilər”. 


Qeyd edək ki, raket sistemləri, ABŞ-ın C-17 karqo təyyarəsi ilə Türkiyəyə gətirilib. Uzun müddətdir ki, ABŞ və Türkiyə arasında “Pantsir” sistemlərinin harada araşdırılacağı ilə bağlı mübahisə yaşanırdı. Ələ keçirilən “Pantsir” Ankara gətirilənə qədər bir neçə dəfə əl dəyişib.


Elvin
Missiya.Az



  • 1-03-2021, 18:02