Daxili İşlər Nazirliyində kadr təyinatı olub.
Missiya.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik
Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub.
İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.