AZ   |   RU
Bakı-Moskva aviareysinin sayı artırılır
 
“Azərbaycan Hava Yolları” QSC ( AZAL) Bakı-Moskva (Domodedovo hava limanı) və əks istiqamətdə aviareyslərinin sayını artırır.

Missiya.Az
xəbər verir ki, hazırda bu istiqamətdə həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və bazar günləri ) aviareyslər həyata keçirilir.

Hər həftə həyata keçirilən üç reysə iyulun əvvəlindən etibarən isə daha biri əlavə olunacaq. Hazırda növbəti aviareysin tarixi ilə bağlı AZAL Rusiya tərəfi ilə danışıqlar aparır.

Xatırladaq ki, hazırda Moskva-Bakı-Moskva istiqamətində Rusiyanın bir sıra aviaşirkətləri reyslər təşkil edir. Belə ki, “Aeroflot” aviaşirkəti həftədə 5 dəfə, “Utair” isə həftədə bir dəfə aviareys təşkil edir.


  • 28-06-2021, 12:19