AZ   |   RU
AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərinə müraciət edib - VİDEO

 

Aviadaşımalara artan tələbatı nəzərə alaraq, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri uçuşdan daha əvvəl əldə etməyi tövsiyə edir.

Missiya.Az xəbər verir ki, bu barədə AZAL-ın sərnişinlərə müraciətində bildirilir.

Beləliklə, aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcək. AZAL-ın rəsmi saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb.



  • 7-07-2023, 18:26