AZ   |   RU

Qırğızıstan Prezidenti Azərbaycana yeni səfir təyin edib


Qırğızıstan Prezidenti Sadır Japarovölkəsinin Azərbaycandakı yeni səfiri barədə fərman imzalayıb.

Missiya.Az
xəbər verir ki, bu barədə ölkə prezidentinin rəsmi saytı məlumat yayıb.

Fərmana əsasən, Kayrat Mederbekoviç Osmonaliyev Qırğız Respublikasının Azərbaycandakı yeni səfiri təyin edilib.

Qeyd edək ki, K.Osmonaliyev “Azərbaycanın Qırğız Dostları Klubu”nun prezidenti, hüquq elmləri doktoru, professordur.

Baxış sayı: 91
  • 24-06-2021, 23:48