AZ   |   RU
AVRO-2024-ün maskotunun adı açıqlanıb


Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi masqotunun adı açıqlanıb.


Missiya.Az "Report"a istinadən məlumatına görə, oyuncaq ayı olan talismana "Albert" adı verilib.

Bu ad Avropadakı məktəblilər arasında keçirilən səsvermədən sonra seçilib.

Qeyd edək ki, AVRO-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.



  • 5-07-2023, 19:36