AZ   |   RU
Nizami rayonunda 18 iyun İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib


Nizami Rayon İcra Hakimiyyətinin, Nizami Rayon Mədəniyyət Mərkəzinin və 250 saylı orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində bu gün tarixində “Hüquqlarımızı bilək”adlı tədbir keçirilib.


Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları və Müvəkkili Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun aparıcı məsləhətçisi Azər İsalı, Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Mürvət İbrahimov, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və 250 saylı məktəbin direktor səlahiyyətlərini icra edən Səkinə Hüseynova çıxış edərək hər il 18 iyun tarixində qeyd olunan İnsan Hüquqları Günü barədə məlumatlar verib, bu günün tarixindən və əhəmiyyətindən, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində dövlətin atdığı addımlardan  söhbət açıblar.

Çıxışlarda uşaq hüquqlarına geniş yer verilib, uşaqların hüquq və vəzifələri barədə həyata keçirilən tədbirlərdən danışılıb, həmçinin bununla bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb.

Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi uşaqlarda hüquqi düşüncənin formalaşdırılmasında və inkişafında, hüquqlarını dərindən öyrənilməsində müsbət əhəmiyyət daşıyır.

Tədbirdə həmçinin 250 saylı məktəbin şagirdlərinin ifasında uşaq hüquqlarından bəhs edən müxtəlif səhnəciklər nümayiş olunub.


Leyla SƏMƏNDƏR

Missiya.Az




  • 9-06-2023, 17:31