AZ   |   RU
MN: "Qanunsuz erməni silahlıları fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər"


Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.



Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.



  • 7-06-2023, 22:04