AZ   |   RU
CAR Rusiyaya görə "Formula 1"dən uzaqlaşdırılıb


"Formula 1" rəhbərliyi yaxın gələcəkdə Cənubi Afrika Respublikasında  Qran-pri təşkil etmək planından imtina edib.

Missiya.Az 
xəbər verir ki, bu barədə "Racingnews365" nəşri məlumat yayıb.

Bildirilib ki, CAR hakimiyyətinin Rusiya ilə siyasi cəhətdən sıx bağlı olması səbəbindən belə qərar qəbul edilib. Beləliklə, Belçika Qran-prisi ən azı daha bir il təqvimdə qalacaq.

Qeyd edək ki, sonuncu Cənubi Afrika Qran-prisi 1993-cü ildə reallaşıb. "Formula 1" rəhbərliyi ötən mövsüm Cənubi Afrikada yarışların təşkilini nəzərdən keçirib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 6-06-2023, 13:58