AZ   |   RU   |   Köhnə versiya

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Missiya.Az xəbər verir ki, bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.


Baxış sayı: 54
  • 17-06-2021, 14:16