AZ   |   RU
Rus hərbçiləri Ermənistanda təlim keçirib
 
Rusiya Cənub Hərbi Dairəsinin hərbi qulluqçuları Ermənistanda, Gümrü qarnizonu ərazisində terrorizmə qarşı planlaşdırılan təlimdə iştirak ediblər.


Missiya.Az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, təlim zamanı şərti düşmənin diversiya-kəşfiyyat qrupu qarnizonun hərbi şəhərciklərindən birində antiterror qrupunun yerləşdiyi keçid məntəqəsini ələ keçirib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 15-05-2023, 17:10