AZ   |   RU
Xalq artisti Ramiz Əzizbəyli vəfat edib
Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli vəfat edib.

Missiya.Az xəbər verir ki, o, bu gün 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Əzizbəyli bir müddətdir koronavirusa yoluxmuşdu. O, daha sonra infarkt keçirmişdi. Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

  • 9-06-2021, 20:30