AZ   |   RU
Karbohidrogenlərin ucuzlaşması “Suraxanı” yatağının ARDNF-ə ödənişini azaldıb

Azərbaycanın quruda yerləşən “Suraxanı” neft yatağı üzrə 2020-ci ildə illik hasilat 1,14 milyon barrel proqnoza qarşı 1,03 milyon barrel səviyyəsində olub.

Missiya.Az
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu yataqlar üzrə hasilat proqnozu 90,69 % icra edilib.

Rəydə bildirilir ki, bu yataq üzrə daxilolmalar 1 milyon 430 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (1,2 milyon ABŞ dolları) qarşı 19,17 % çox olub.

Neft hasilatı proqnozunun yerinə yetirilməməsi, COVID-19 pandemiya, dünya bazarında karbohidrogenlərin qiymətlərinin düşməsi səbəbindən qazma işlərinin dayandırılması və OPEC+ razılaşmasına uyğun olaraq neft hasilatının məhdudlaşdırılması ilə əlaqədardır.

Qeyd edək ki, "Suraxanı" neft yatağı Bakı şəhərindən 16 km şimal-şərqdə, Xəzər dənizi səviyyəsindən 70-75 m yüksəklikdə yerləşir. "Azərbaycan Respublikasında "Suraxanı" neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 16 avqust 2005-ci ildə qüvvəyə minib. Saziş sahəsi 13 km2-dir. Yatağın işlənməsinə 24 avqust 1904-cü ildə Ağcagil mərtəbəsindən 211 m dərinliyə qazılmış 73 204 №-li quyunun fontan üsulu ilə istismara verilməsindən başlanıb. Gündəlik hasilat 35 ton neft olub.


  • 9-06-2021, 19:49