AZ   |   RU
Sergey Lavrov Qarabağdan danışdı: "Statusdan danışmaq hələ tezdir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı danışıb.

Missiya.Az
xəbər verir ki, Lavrov “Primakov qiraəti” forumundakı çıxışı zamanı Dağlıq Qarabağın statusundan danışmağın hələ tez olduğunu deyib. 

“Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”.


Onun sözlərinə görə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur.

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”.


Lavrov həmçinin bildirib  ki, Minsk Qrupu Türkiyə və İranın da bölgədəki maraqlarını nəzərə alır. 

“Əks təqdirdə, nəqliyyat blokunun açılmasının böyük əməliyyəti olmayacaq”. 
 
Elvin
Missiya.Az


  • 9-06-2021, 17:23