ABŞ-da nəşr olunan "Time" jurnalı 2023-cü ilin 100 ən nüfuzlu şəxsinin siyahısını tərtib edib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, dərginin rəsmi saytında qaliblər "Rəssamlar", "İkonalar", "Pionerlər", "Liderlər", "Titanlar" və "İnnovatorlar" bölmələri üzrə təqdim olunublar.
Siyahıda tanınmış idmançılar da var. Fransanın PSJ klubunun argentinalı futbolçusu Lionel Messi və ABŞ-ın "Kanzas Siti" komandasının reqbiçisi Patrik Mahoums "Titanlar", Paris təmsilçisinin digər üzvü Kilian Mbappe "İnnovatorlar", ABŞ-dan olan dağ xizəkçisi Mikaela Şiffrin isə "Pionerlər" bölməsində yer alıblar.
Messinin ilin 100 ən nüfuzlu şəxsi arasına düşməsini şərh edən isveçrəli tennisçi Roje Federer bunu argentinalı hücumçunun sabit çıxışı ilə əlaqələndirib: "Burada Messinin qol vurması və çempionluq rekordlarını qeyd etməyə ehtiyac yoxdur. Məni 35 yaşlı forvarddan fərqləndirən onun uzun illər ərzində dəyişməz böyüklüyüdür. Buna nail olmaq, zirvədə qalmaq çox çətindir. Messi sehrbaz kimi driblinq edir, onun künc ötürmələri sənət əsəridir".
Titullu idmançının sözlərinə görə, 36 yaşlı forvard həm dünyaca məşhur klubu, həm də çox ehtiraslı ölkəni təmsil edir: "Karyeram yenicə başa çatıb. İndi başa düşürəm ki, biz idmançılar nə qədər yük daşıyırıq. Ancaq gündəlik həyatımızda bunun fərqində deyilik. Messi kimi futbolçu üçün bu çəki bəlkə də daha əhəmiyyətli görünür. Argentinanın dünya çempionatında qələbəsi möhtəşəm idi. Bu hadisəni qeyd etmək üçün Buenos-Ayres küçələrinə çıxan milyonlarla azarkeş bütün dünya üçün heyrətamiz idman hadisəsi oldu. Futbolu izləməyənlər belə, dünyanın ən məşhur oyununun əsl təsirini dərk etdi".
Federer uşaq vaxtı Dieqo Maradona və Qabriel Batistutanın ən sevdiyi argentinalı oyunçular olduğunu vurğulayıb: "Onların hər ikisi ilə tanış oldum. Mənə ilham verdilər. İndi Messi gələcək nəsilləri ruhlandıra bilər. Ümid edirəm ki, biz onun bənzərsiz yaradıcılığını və sənətkarlığını daha çox görəcəyik. Messi meydanda olanda çox göz qırpmayın. Yoxsa inanılmaz şeyləri qaçıra bilərsiniz".
Mbappe ilə bağlı isə onun həmyerlisi, "Time" jurnalının Paris müxbiri Vivyen Uolt fikirlərini bölüşüb: "Fransa millisinin yeni kapitanı emosiyalarını gizlədən biri deyil. Dekabrda hamı onun Qətərdə üç qol vuraraq, dünya çempionluğunu əldən verməsini seyr etdi. Parisin dağlıq ərazilərində böyüyən Mbappe 19 yaşında DÇ-2018-in qalibi olaraq dünya şöhrəti qazandı. İnanılmaz məşhurluğa baxmayaraq, Mbappeni sadə qalmağa kömək edən üç həqiqət var: hörmət, təvazökarlıq və aydınlıq".