AZ   |   RU
"Azərişıq" Ağstafa sakinlərinə maddi ziyan da vurur... – Narazılıq (Video)

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakinləri küçədə qoyulan elektrik transformatorunun ətrafdakılar üçün təhlükəli olduğunu deyirlər.

Samir Allahquliyev, ona məxsus olan iki baş iribuynuzlu heyvanı cərəyan vuraraq öldürdüyünü iddia edir.

Baş verən hadisəni lentə alan qonşular da bu transformatorun ətrafdakılar üçün təhlükəli olduğunu deyirlər. Onlar bildirir ki, kənarında transformatorun olduğu yoldan uşaqlar da istifadə edir, məktəbə gedib-gəlirlər. Transformatorun ərazisini kənar təsirlərdən qorumaq üçün nəzərdə tutulan mühafizə sistemi yoxdur. Heyvanları tələf olan Samir Allahverdiyevin şikayəti əsasında Ağstafa RPŞ-də araşdırmalar aparılır.

Mövzu ilə bağlı daha videomaterialı təqdim edirik:


  • 8-06-2021, 16:03