AZ   |   RU
Azərbaycan – Tacikistan dostluğunun İrana hikmət dərsi - ŞƏRH

 

Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət kursunda dostluq və qonşuluq münasibətləri leytmotiv hesab olunur. Prezident İlham Əliyevn  aprelin 5-də Tacikistana rəsmi səfəri çərçivsində yüksək səviyyədə qarşılanması, keçirdiyi görüşlər, imzaladığı sənədlər, hətta yola salınma mərasiminin xüsusiliyi rəsmi Bakının dostluq və qonşuluq siyasətində sadiqliyinin gerçək nəticəsi, ölkənin nüfuzunun təcəssümüdür.


Bu səfər Azərbaycan Respublikası Prezidentinin Tacikistana beşinci səfəridir. Azərbaycan Prezidenti son olaraq 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşündə dost ölkənin başçısı xalqlar arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri olduğuna diqqət çəkib. Görüşün ilk ifadəsinin bu məzmunda olması təsadüfi deyil. Emoməli Rəhmon İlhama Əliyevin ölkələr arasındakı münasibətlərdə tarixi bağlılığa, xalqlar arasındakı xoş ünsiyyətə böyük önəm verdiyini yaxşı bilir. Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir. İki ölkə arasındakı bəzi statistik məlumatlara diqqət kəsiləndə Tacikistan Prezidentinin “Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk” deməsinin dərin köklərə söykəndiyi bir daha məlum olur.


Bu da həmin statistika: 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. 2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib. Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün kvota çərçivəsində aşağıdakı “Giriş, çıxış və tranzit keçid üçün – 150 ədəd” və “3-cü ölkəyə/ölkədən – 100 ədəd” icazə blankı mübadilə edilir.

2023-cü il mayın 1-dən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır.


Prezident İlham Əliyev də dünənin nəticəsi olan bu günün sabahına inandığını bu fikirlərlə səsləndirib: “Siz də qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var”.  

     

Həmin gələcək Azərbaycanla – Tacikistan arasında imzalamış ikitərəfli sənədlərlə qarantiya alınmış oldu.

Düşənbədə Azərbaycan Prezidenti ilə Tacikistan Prezidentinin geniş tərkibdə görüşü də olub. İki ölkə arasında əksər sahələrdə əməkdaşlığın olduğunu xatırladan  Emoməli Rəhmon bildirib ki, rəhbərlik etdyi dövlət ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetirir.


Əlbəttə vacib məqamdır. Bu gün dünyada ciddi qütbləşmənin baş verdiyi, beynəlxalq güc amilində əsasən tərəfdaşlıq faktorunun əsas götürüldüyü bir zamanda bir-birinin yanında olmaq, haqq işə dəstək vermək olduqca vacibdir. Tacikistan Prezidenti bu məqama diqqət çəkməklə Azərbaycanın tərəfdaşlıqda bütün prinsiplərə sadiq qaldığına əminliyini ifadə etmiş oldu, belə bir ölkə ilə birgə addım atmağın labüdlüyünü gündəmə gətirdi.


Həmkarının açıqlamasına “30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə  çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq” – deyərək qarşılıq verən Azərbaycan Prezidenti iki ölkənin mehriban dostlar kimi çox səmimi əməkdaşlıq etdiyini söyləyib.


30 il müddətində Azərbaycan və Tacikistan əlaqələrinə xələl gəlməməsini təmin etmək təqdirəlayiqdir. Mehribanlıq öncə səmimiyyətə bağlıdır. Beynəlxalq aləm Azərbaycan Prezidentinin səmimi, açıq siyasət yürüdən, dünyanın rifahına xidmət edə bilən nə dəstək lazımdırsa onu göstərməyi bacaran bir siyasi lider kimi tanıyır. Belə şəxsiyyətin Prezidenti olduğu ölkə ilə qurulan dostluq telləri qırılmaz olur.

Rəsmi sənədlərin imzalanması münasibətlərə mübarək möhür vurur.  Azərbaycanla Tacikistan bundan sonra yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri, təhlükəsizilik, gömrük, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi, iqtisadi, mədəni, sahibkarlıq, kiçik və orta biznes, şəhərlərin qardaşlaşması sahələrində rəsmi əməkdaşlığa başlayır. Azərbaycanın Şuşa şəhərinin Tacikistanın  İsfara şəhəri ilə qardaşlaşması isə ökələrin mənəvi bağlılığına daha bir töhfədir.



Səfərin yekunu prezidentlərin birgə bəyanatları ilə tarixiləşdi. Tacikistan Prezidenti bildirdi ki, gələn ay Heydər Əliyevin 100 illiyi Tacikistanda qeyd olunacaq. Dostluğun, qardaşlığın bariz nümunəsi.

“Mən qardaş Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətimizi həmişə səmimiyyətlə xatırlayıram. Heydər Əliyev ölkə üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri oldu və ölkəni sabitlik, inkişaf yoluna çıxardı” - Emoməli Rəhmonun fikirləridir.


Tacikistan Prezidenti çıxışında parlamentlərarası əməkdaşlığın fasiləsiz xarakter aldığını deyib. Onu da vurğulayıb ki, əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəlinib. Məlum oldu ki, danışıqlar çərçivəsində investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində ayrıca dayanılıb. Sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğu təsdiqlənib. Energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğu diqqətə çatdırılıb.


Əlverişli tranzit imkanlarından fəal istifadə olunması, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional təşkilatlar məkanında qarşılıqlı fəaliyyətin vacibliyi, beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsi kimi məsələlər əsas müzakirə mövzusu olub və əməkdaşlıq sənədlərlə təsdiqlənib.

Azərbaycan Prezidenti bəyanatında ilk olaraq paytaxt Düşənbənin gözəlləşməsinə dair fikirlər söyləyib: “Mən axırıncı dəfə Düşənbəyə təqribən beş il bundan əvvəl gəlmişdim və əminliklə deyə bilərəm ki, bu qısa müddət ərzində mühüm müsbət dəyişikliklər baş verib. Həm gördüklərim, həm də Tacikistan Prezidentinin gələcək planları barədə mənə dedikləri ona dəlalət edir ki, Tacikistanın paytaxtı daha gözəl, qonaqlar və sakinlər üçün daha rahat olacaq”.


Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkürünü bildirən İlham Əliyev Ulu öndərin  Emoməli Şərifoviç Rəhmon ilə birlikdə ölkələri arasında dövlətlərarası münasibətlərin formalaşmasının təşəbbüskarı olduğunu və mahiyyət etibarilə onların bu münasibətlərin əsasını qoyduqlarını bildirib.


Azərbaycan Prezidenti hər iki ölkədə 1990-cı illərin əvvəllərində yaşanan qardaş qırğınlarını xatırladaraq həm Prezident Rəhmonun, həm də Prezident Heydər Əliyevin qanlı səhifəni çevirmək və ölkələri inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdiklərini və buna nail olduqlarını vurğulayıb. Qeyd edib ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.


“Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”. Bu fikirləri bəyanatında  İlham Əliyev səsləndirib.


Azərbaycan Prezidenti səfər çərçivəsində görüşlərin səmərəli keçdiyini deyərək, Azərbaycanın Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu vurğulaylb: “Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək. Əminəm ki, nəticələr bizi sevindirəcək”.


İlham Əliyev tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradıldığını, Ömər Eldarovun Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaratdığını xatırladaraq mədəniyyət sahəsində əməkdaşlığın xalqların və dövlətlərin yaxınlaşmasında böyük önəm daşıdığını diqqətı çatdırıb: “Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Əminəm ki, biz bu gün təhsil sahəsində də, başqa sahələrdə də qəbul etdiyimiz bütün qərarları yerinə yetirəcəyik”. Prezident tələbə mübadiləsindən də söz açıb.


İlham Əliyev sonda Emoməli Şərifoviç Rəhmona qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürümü bildirib və həmkarını Azərbaycana səfərə dəvət edib: “Emoməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq”.

Taciklər farsdilli xalqlar qrupuna daxildir. İran da fars ölkəsi hesab olunur. Bəs necə olur, AzərbaycanTacikistanla isti, İranla soyuq münasibətdədir? Deməli, əsas məsələ İran rejiminin yürütdüyü anti-insani siaysətdir. Azərbaycanın bütün xalqlara hörməti var. Taciksitan dost ola bilir, İran isə məkrli mövqeyndən bir addım da olsun geri çəkilmir, əksinə gərginliyi daha da dərinləşdirir.



Azərbayacan bütün dünyavi dinlərə sevgi bəsləyən, tolerant münasibət göstərən ölkədir. İslam dini isə Azərbaycanın doğma dinidir. Ölkədə dini təriqətlər arasında bir dəfə də olsun ixtişaş yaşanmayıb və din pərdəsi altında hansısa məkrli niyyətə rəsmi Bakı müəlliflik etməyib. Təəssüf ki, İran Azərbaycanı İslam dininə qarşı olan bir ölkə kimi təqdim etməyə çəhd göstərir, casus şəbəkəsini işə salaraq ölkəmizdə sabitliyi pozmağa çalışır. Əlbəttə hüquq-mühafizə orqanları belə əməllərin cücərməsinə imkan verməyib, verməyəcək də. Sadəcə İran dünyada böyük nüfuza sahib olan, regionun lideri sayılan Azərbaycan kimi ölkəni itirmiş olacaq. Azərbaycan dünyada imza sahibidir, əksər ölkələrin lideri bizim ölkənin lideri ilə görüşməyə, ünsiyyət qurmağa səy göstərir, İrana isə uzağı 3 ölkə salam verir. Onlardan biri Tacikistandırsa, bu ölkənin Azərbaycana dost münsibətini iki gün öncə dəqiqliyi ilə gördük. İranın da görməyi, daha doğrusu anlamağı onun xeyrinə olardı.



İranın Tacikistanı özünə ən yaxın ölkələrdən hesab edir. Azərbaycan isə Tacikistanla dostdur. Bu ölkələr beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməyə hazır olduqlarını bəyan edir, əməkdaşlığı genişləndirir, tarixi münasibətləri qoruyur və inkişaf etdirir.


Bir haşiyə çıxaq: Ermənista Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatında təmsil olunur, hətta bu quruma rəhbrlik də edib. Ancaq Azərbaycan əleyhinə heç bir fikir formalaşdıra bilməyib, ölkəmizə qarşı hər hansı addım atılmayıb. Niyə? Çünki Azərbacan KTMT-yə üzv olan ölkələrlə strateji tərəfdaşdır. Bununla yanaşı, Azərabayacn haqqlı tərəfdir. Çünki KTMT yə üz ölkələrin hər birinin Azərbaycanla yüksək səviyyəli münasibətləri var, ölkəmizin onlarla strateji tərəfdaşlıq münasibətləri mövcuddur.


Ceyhun Musaoğlu

Jurnalist Ekspert Mərkəzinin sədri 





  • 7-04-2023, 19:29