AZ   |   RU
Para-atletimiz Polşada qızıl medal qazandı

Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T13 kateqoriyasında iştirak edən Elmir Cəbrayılov medal qazanıb.

Missiya.Az xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Elmir Cəbrayılov 400 m qaçış növündə 49.88 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, bu millimiz çempionatda qazandığı 5-ci medalıdır (3 qızıl, 1 gümüş, 1 bürünc - Red).

Daha öncə F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8.23 m nəticə göstərərək yarışın qızıl ,T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb

  • 3-06-2021, 22:23