AZ   |   RU
Qaribaşvili Ukrayna ilə bağlı sualları cavablandıracaq
 
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 24 martda ölkə parlamentində Ukrayna ilə bağlı müxalifətin suallarını cavablandıracaq.


Missiya.Az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.


Şalva Papuaşvilinin sözlərinə görə, müxalifət Qaribaşvili ilə ölkədəki təhlükəsizlik vəziyyəti, Milli Təhlükəsizlik Şurasının iclasının vaxtı, eləcə də bir sıra digər məsələlərlə bağlı müzakirələr aparmağı planlaşdırır.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 13-03-2023, 18:06