AZ   |   RU
Gürcüstan hökuməti düşmənini lazım olan yerdə axtarmır- Ukrayna səfirliyi
 
Ukraynanın Gürcüstandakı səfirliyi Baş nazir İrakli Qaribaşvilinin və Gürcüstanın dövlət rəsmilərinin bəyanatlarına cavab verib.


Missiya.Az xəbər verir ki, səfirliyin bəyanatında Gürcüstan hökumətinin düşmənlərini lazım olan yerdə axtarmadığı bildirilib.


“Biz reallıqla heç bir əlaqəsi olmayan bu cür eyhamları qəti şəkildə rədd edirik. Gürcüstan hökuməti düşmənini lazım olan yerdə axtarmır. Biz əminik ki, Gürcüstan siyasətçilərinin bəyanatları Ukrayna və Gürcüstan xalqlarının yaxın dostluq əlaqələrini zədələyə bilməz”, - deyə bəyanatda qeyd edilib.

Bildirilib ki, son günlərdə Gürcüstan Baş naziri və parlament nümayəndələri Ukrayna ilə bağlı dost olmayan bəyanatlar səsləndiriblər.

Leyla SƏMƏNDƏR
 Missiya.Az




  • 13-03-2023, 17:53