“Xarici agentlər haqqında” qanun layihəsinin Gürcüstan parlamentindən geri götürülməsinə baxmayaraq Tblisidə etirazlar davam edəcək”.
Missiya.Az xəbər verir ki, bu barədə müxalifət partiyaları bildirib.
Qeyd olunub ki, “Xarici agentlər haqqında” qanun layihəsi Gürcüstan parlamentindən geri götürülməsinə rəğmən, aksiyalar hələ başa çatmayacaq: “Hökumətin qanun layihəsini necə, niyə geri götürmələri bizim üçün hələ qeyri-müəyyəndir. Onlar buna aydınlıq gətirməlidirlər”. Məlumata görə, fəallar bu gün saat 19:00-da parlament binasına toplaşacaqlar.
Bu gün “Xarici agentlər haqqında” qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb. Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib.
Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.
Zərintac MAYİSQIZI
Missiya.Az