NATO-ya daxil olduqdan sonra İsveçin ərazisində nüvə silahı olmayacaq.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Tobias Billström bildirib.
XİN rəhbəri, həmçinin sülh dövründə ölkəsinin ərazisində NATO-nun daimi hərbi bazalarının olmayacağını deyib.
Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edərək, Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib. Bu ölkələrin alyansa qoşulması barədə protokollar təkcə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.