AZ   |   RU
Pandemiyaya görə inkişaf etməkdə olan ölkələrin borcları artıb - Tacikistan XİN


“Azərbaycanı böhran dövründə effektiv liderliyinə görə təbrik edirəm. Pandemiya dövründə QH vacib addımlar atıb, təşəbbüslər irəli sürüb”.

Missiya.Az 
APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Tacikistan xarici işlər nazirinin müavini Müzaffar Hüseynzoda jurnalistlərə açıqlamasında deyib.

Pandemiyanın iqtisadi nəticələri barədə qeyd edən Tacikistan rəsmisi deyib ki, pandemiya, xüsusilə də inkişaf etməkdə olan ölkələrə zərər verib, bu ölkələrin borcları artıb.

XİN müavini böhranın nəticələrini aradan qaldırmaq və makroekonimik stabillik üçün Tacikistan hökumətinin atdığı addımlar barədə danışıb.
O, qlobal ictimaiyyətin üzləşdiyi problemlərə toxunaraq iqlim dəyişikliyi və su böhranın nəticələri barədə vurğulayıb. Bildirib ki, bu, Tacikistan da daxil olmaqla müxtəlif ölkələrin kənd təsərrüfatına təsir edir.

  • 2-03-2023, 18:19