AZ   |   RU
KİV: “Yunanıstandakı dəmiryol qəzasına səbəb vağzal rəisinin qatarları bir-birinə yönəltməsi olub”

Larisa şəhərinin yaxınlığında qatarın toqquşmasından sonra polis tərəfindən həbs edilən adıçəkilən şəhərin vağzalının rəisi səhvən sərnişin qatarını yanlış yola yönəltdiyini deyib.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “ERT-1” telekanalı məlumat yayıb.

“Mən səhvə yol verdim və minik qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”, - o bildirib.

Qatarların bir-birilərinə əks istiqamətdə eyni relsdə bir saat hərəkət etdiyi qeyd edilir.


  • 1-03-2023, 23:59