Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, yaralıların sayı 66 nəfərdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakisə başsağlığı verib.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, Ərdoğan başsağlığı məktubunda Yunanıstanda baş vermiş qatar qəzasına görə kədərini ifadə edib, həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.