AZ   |   RU
Yunanıstan mediası Xocalı soyqırımından yazıb - FOTOLAR

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan evi "QALA" Cəmiyyətinin ofisində "Xocalı Soyqırımını Unutmayaq və Unutdurmayaq" adlı foto sərgi keçirib.

Bu barədə Missiya.Az-a "QALA"dan məlumat verilib.

Xocalı qətliamının 31-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutmayaq və Unutdurmayaq" anım tədbirində Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı Saloniki şəhərində yaşayan gürcü və yunan dostlarımız da fəal iştirak edib. Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımının tarixi və nəticələri barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-sına keçən faciəli hadisənin Azərbaycanın tarixində təkcə qətliam deyil, Azərbaycan xalqına qarşı soyqırım olduğunu qeyd etdib, Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsini qınayıb: “Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti yaradır. Bu dərd bizi həmişə için-için sızladır".

Rəşid Məmmədov Xocalı şəhidlərinə Allahdan rəhmət və xalqımıza səbr arzulayıb. Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilərək ehsan süfrəsi arxasında müzakirələr aparılıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarına Xocalı soyqırımına aid video materiallar və broşurlar təqdim olunub."

Xocalı qətliamının 31-ci ildönümü ilə əlaqədar Yunanıstan mətbuatında yazı dərc olunub.

Missiya.Az

https://www.karfitsa.gr/diethni/qala-31-chronia-apo-ti-genoktonia-tou-chotzali/?fbclid=IwAR2f53puYQoS_BxD2V0YPoT3oru9wBMGxOsend0BTKdafbHw2nTwLLjQtxw





  • 27-02-2023, 16:35