AZ   |   RU
Aİ-nin bu gün sanksiyalar tətbiq etdiyi İran rəsmiləri açıqlanıb


Xəbər verdiyimiz kimi, bu gün Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, Aİ İranın bir neçə nazirinə, deputatlarına sanksiya tətbiq edib. 

Bu gün sanksiya tətbiq edilənlərin siyahısında İranın mədəniyyət və islami irşad nazir, təhsil naziri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini və sözçüsü, İran parlamentinin deputatları, Ravin Akademiyasının həmtəsisçiləri, ölkənin müxtəlif yerlərində repressiyalar törətmiş polis, məhkəmə üzvləri, həbsxana nəzarətçiləri və direktorları var.

Bugünkü sanksiyalar həmçinin Hüquq Mühafizə Qüvvələrinin (LEF) Əməkdaşlıq Fondu və Polis Elmi və Sosial Tədqiqatlar İnstitutunu hədəf alıb.

İrana qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində ümumilikdə 196 fiziki şəxsə və 33 quruma sanksiyalar şamil edilib. Bunlar aktivlərin dondurulması, Aİ-yə səyahət qadağası və sanksiya tətbiq olunan şəxslərə vəsait və ya iqtisadi resursların verilməsinə qadağadan ibarətdir.

Daxili repressiya üçün istifadə oluna biləcək avadanlıqların və telekommunikasiyaların monitorinqi üçün avadanlıqların İrana ixracına qarşı qadağa da qüvvədədir.

  • 20-02-2023, 19:17