AZ   |   RU
Avropa çempionatının bürünc medalçısı qəza nəticəsində dünyasını dəyişib


Çimərlik voleybolu üzrə Rusiya millisinin üzvü İvan Osipov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Missiya.Az
Ümumrusiya Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı oyunçu hadisədən sonra xəstəxanaya çatdırılıb. Altı gün komada qalan voleybolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İvan Osipov 2019-cu ildə Anatoli Vasilenko ilə birlikdə gənclər arasında Avropa çempionatının bürünc medallarını qazanıb.

  • 20-02-2023, 19:11