AZ   |   RU
İranın keyfiyyətsiz avtomobillərindən ruslar da imtina etdi


Molla rejiminin istehsal etdiyi avtomobillər keyfiyyətsizdir. Rusiya hökuməti bildirib ki, təhlükəsizlik sertifikatları olmadığı üçün İranın istehsal etdiyi avtomobillərin ölkəyə idxalı mümkün deyil.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, İran avtomobil istehsalçılarının öz məhsullarını Rusiya Federasiyasına ixrac etmək cəhdlərinə baxmayaraq, Rusiyanın Sənaye və Ticarət Nazirliyi İran avtomobillərini sertifikatlaşdırmayıb.

Buna görə də onların İrandan idxalı hazırda mümkün deyil.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 16-02-2023, 15:18