AZ   |   RU
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilib

 

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilib.

Missiya.Az xəbər veir ki, APA-nın məlumatına görə, qərara əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinin elektron şəkildə həyata keçirilməsi Qaydasına uyğun olaraq valideyn-namizədin ərizəsi altsistemə ötürüldükdən sonra  valideyn-namizəd və onun ailə üzvləri barədə müvafiq məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti qurumların informasiya sistemlərindən və ehtiyatlarından “Elektron hökumət” üzərindən sorğu vasitəsilə əldə edilir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunan informasiya sistemlərindən biri də Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemidir.

Bununla əlaqədar “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na yeni bənd əlavə edilib.

Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya edilmiş Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatların verilməsi sorğu vasitəsilə həyata keçirilir.



  • 25-02-2021, 18:04