AZ   |   RU
“Medvedev 2011-ci ildə Putini öldürə bilərdi” - Rusiyalı kəşfiyyatçıdan sensasiyalı açıqlama
 
“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkənin prezidenti olan zaman, 2011-ci ilin dekabr ayında etiraz aksiyası baş verdi və minlərlə insan küşələrə axışdı. Həmin zaman etiraz dalğasından hazırki Rusiya prezidenti Vladimir Putin çox qorxmuşdu”.

Missiya.Az
“UNİAN”a istinadən xəbər verir ki, bu sözləri rusiyalı kəşfiyyatçı  Sergey Jirnov  deyib.

“Putin psixoloji cəhətdən pozulub. Onun psixoloji sarsıntısı 2011-ci ildə ölkədə baş verən etiraz aksiyaları ilə bağlıdır. O, taxt-tacını itirməmək üçün Medvedevi öz yerinə təyin etmişdi. Elə buna görə də ölkədə geniş etiraz aksiyaları keçirildi. O, bundan çox qorxurdu. O, Medvedevin reytinqinin özündən çox olduğunu gördükdə daha çox qorxmağa başladı”, - deyə Jirnov vurğulayıb.

Onun sözlərinə görə, Putin o zaman başa düşdü ki, hakimiyyəti heç vaxt, heç kimə vermək olmaz.

Kəşfiyyatçı bildirib ki, Putin o zaman öz hakimiyyətini bərpa edə biləcəyinə əmin deyildi.

Jirnov qeyd edib ki, Putin doğrudan da həyatı üçün qorxurdu, çünki Medvedev onu sadəcə olaraq Lefortovoya (Moskva təcridxanası) göndərib onunla birdəfəlik sağollaşa bilərdi. 
 

Daşqın Həsənov
Missiya.Az


  • 3-02-2023, 16:30