AZ   |   RU
Ermənistan AES-in keçmiş baş direktoru külli miqdarda pulu mənimsəməkdə ittiham olunub

Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının keçmiş baş direktoru Qaqik Markosyan bir milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham olunur.

Missiya.Az
"Hraparak" nəşrinə istinadən xəbər verir ki, məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.

Məlumata görə, 2002-2014-cü illərdə AES-in baş direktoru olan Qaqik Markosyan 380 milyon dramdan çox (bir milyon dollardan çox) pul mənimsəyib.

Bildirilib ki, o, 2011-ci ildə Rusiyanın “NovEnergoProm” şirkətindən yüksək qiymətə (33,54 milyon rubl) natamam armatur dəsti (14 ədəd) alıb.
Məlumata görə, həmin material anbarda qalaraq istifadə olunmayıb. Sonra onun yararlılıq müddəti keçib.

Qeyd edək ki, AES 2015-ci ildə Rusiyanın “Rusatom Service”dən 592 000 dollara 37 ədəd armatur komplekti almaq məcburiyyətində qalıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-02-2023, 14:33