AZ   |   RU
"Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik" - İsveç XİN


Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü qəddar hücumu pisləyirik.

Missiya.Az
xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin Tvitterində bildirilib.

“Mərhumun ailəsinə başsağlığı veririk və yaralananların tezliklə sağalmasını diləyirik. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına hücumlar qəbuledilməzdir”, - deyə qeyd olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

  • 27-01-2023, 22:42