AZ   |   RU
Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"


"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxslər məsuliyyətə cəlb edilməlidir".

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi tviterdə bəyanat yayıb.

"Rumıniya hücumdan dərin təəssüf hissi keçirir və bu hərəkəti qəti şəkildə pisləyir. Azərbaycana başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, - bəyanatda deyilir.

  • 27-01-2023, 22:17