AZ   |   RU
Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısında dəyişiklik edilib

Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni Qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zəngilan şəhəri) əlavə edilib.


  • 25-01-2023, 21:57