İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu çərçivəsində Xankəndi-Laçın yolunda dinc aksiya keçirən azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib.
Missiya. Az xəbər verir ki, Azərbaycanlı fəallar Green Up təşkilatının Davosun mərkəzindəki Promenade küçəsində keçirdiyi dinc aksiyada iştirak ediblər. Soydaşlarımız hazırda Xankəndi-Laçın yolunda aksiya keçirən azərbaycanlı ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələri ilə həmrəylik göstərərək, onların irəli sürdükləri tələbləri əks etdirən plakatları nümayiş etdiriblər. Bundan başqa, küçə boyu yerləşdirilən şüarlar arasında “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!” tələbləri də yer alıb.