Bayındırlıq və Nəqliyyat Nazirliyinə Keçidqala Hava Limanının ayrılması və istifadə hüququ ilə bağlı Şimali Kipr Türk Cümhuriyyəti ilə Türkiyə arasında protokol imzalamaq səlahiyyəti verən qərar Rəsmi Qəzetdə dərc olunub.Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Qərara görə, hava limanı Kipr Türk Sülh Qüvvələri Komandanlığına verilərək hərbi bazaya çevriləcək.
Şimali Kipr Türk Cümhuriyyəti Nazirlər Şurası, Bayındırlıq və Nəqliyyat Nazirliyinə Geçitkale Hava Limanının ayrılması və Kipr Türk Sülh Qüvvələri Komandanlığına istifadə hüququnun verilməsi ilə bağlı Türkiyə ilə protokol imzalamaq səlahiyyəti verib.
Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin Mağusa rayonunda yerləşən “Keçidqala” hava limanı 1974-cü il Kipr əməliyyatından sonra türk ordusu tərəfindən hərbi məqsədlər üçün istifadə edilib.
Aqil MusaMissiya.Az