AZ   |   RU
İranın yanacaq və dərman sınağı - Xəstələrin sayı artıb


İran hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində şaxtalı havalarda əhali qazsız və dərmansız qalıb. Hətta yanacaq çatışmazlığından təhsil ocaqlarının fəaliyyəti dayandırılıb. Artıq İranda 170-dən çox adda dərman preparatı da çatışmır. Dərmanların qiymətinin bahalaşması və qıtlığı səbəbindən pasiyentlər ciddi problemlə üzləşib. 

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, “Mehr” agentliyinin yaydığı məlumatda dərmanların qiymətinin bahalaşması və qıtlığı səbəbindən pasiyentlərin ciddi problemlə üzləşdiyi bildirilib.

Məlumata görə, müşahidə olunan soyuq hava şəraitinin hökm sürməsinə və qış ayları olmasına baxmayaraq son günlər İranda təbii qazın təchizatında fasilələrin yaranması əhali arasında xəstələnmə sayını daha da artırıb.

Göründüyü kimi molla rejiminin yürütdüyü yarıtmaz siyasət nəticəsində ölkə iqtisadiyyatına, o cümlədən neft-qaz sənayesinə tətbiq edilən sanksiyalar farmakoloji sahədə də problem yaradıb. İran hökuməti etirazlardan və problemlərdən nəticə çıxarmaq əvəzinə azyaşlılar da daxil olmaqla günahsız insanların edamını davam etdirir. Dünya ölkələrinin İranı qınadığı bir vaxtda İsrailin baş naziri Benyamin Netenyahu Yaxın Şərqin problemlərinin 90 faizinin səbəbkarının məhz İran olduğunu bildirib və buna görə də molla rejimini qınayıb.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 17-01-2023, 11:43