AZ   |   RU
“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

“Səbail” Türkiyədə keçirdiyi təlim-məşq toplanışındakı son oyununda məğlub olub.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Premyer Liqanın autsayderi Serbiya təmsilçisi “Spartak”a yenilib.

Serbiyalıların ilk dəqiqələrdə vurduqları qol qarşılaşmada yeganə olub. Nəticədə Şahin Diniyevin kollektivi meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Beləliklə, “Səbail” avqustun 3-də yollandığı Antalya hazırlığını tamamlayıb. Orada olduğu müddətdə “Legiya” (Polşa – 2:2) və “Bohemians”la (Çexiya – 0:0) heç-heçə edən qəsəbə təmsilçisi yanvarın 17-də Bakıya qayıdacaq.


  • 16-01-2023, 17:04