AZ   |   RU
Arayik Arutyunyan məsləhətləşmələrə başlayıb - Vardanyanın istefası məsələsi müzakirə olunur

Arayik Arutyunyan müxtəlif səlahiyyətlilərlə məsləhətləşmələrə başlayıb. Əldə etdiyimiz məlumata görə, bu dəqiqə o, qondarma rejimin keçmiş prezidenti Bako Saakyanla görüşüb. Dövlət nazirinin dəyişdirilməsi müzakirə edilir və bunun yaranmış vəziyyətin aradan qaldırılmasına kömək edəcəyi güman edilir.


Missiya.Az  bu barədə “Hraprak” nəşrinə istinadən xəbər verir.

Qeyd edək ki, bir aydan artıqdır ki, Azərbaycanın haqlı təyziqləri nəticəsində Xankəndidə son günlər gözlənilməz daxili siyasi proseslər baş verir.

Erməni mənbələri bildirir ki, yaxın saatlarda dövlət naziri Ruben Vardanyanın istefası  gözlənilir.

Məlumatlara görə, bu, hazırda iqtidarla görüşməyə çalışan qondarma "DQR"-nın siyasi qüvvələri üçün də gözlənilməzdir.

Mənbələr bildirir ki, Vardanyan qondarma republikanın prezidenti Arayik Arutyunyanın xahişi ilə yola salınır, daha doğrusu Nikol Paşinyan, bu qərarın Azərbaycan tərəfinin diktəsi ilə verildiyini deyir.

Sirr deyil ki, müxtəlif Azərbaycan rəsmiləri dəfələrlə açıq şəkildə etiraf ediblər ki, Vardanyan bizim üçün arzuolunmaz şəxsdir və getməlidir.

Nəşr iddia edir ki, hazırda separatçı rejimin siyasi meydanında gərgin ab-hava hökm sürür, proseslər İlham Əliyevin ssenarisi ilə gedir.

Vardanyandan sonra Arayik Arutyunyanın da gərginliyi aradan qaldırmaq üçün istefaya getməsi görünür sürpriz olmayacaq.

Deməli bu halda parlament buraxılacaq və qondarma respublika parlament və prezident seçkilərini imitasiya edəcək.

Xuntaçıların Arutyunyanı istefaya getməməyə inandırmaq cəhdlərinə baxmayaraq,hadisələrin necə inkişaf edəcəyi yaxın vaxtlarda bəlli olacaq.

Paşinyanın xahişi ilə Milli Təhlükəsizlik Xidmətinin direktorunun da dəyişdiriləcəyi, Armen Akopcanyanın da əmrinin indi hazır olduğu barədə məlumatlar var.

Mənbənin məlumatına görə, Vardanyanı dövlət naziri kimi Karen Sarkisyan əvəz edəcək.

Qeyd edək ki, hələ də istər qondarma rejimin, istərsə də, oradakı separatçı hökumətin mövcudluğu beynəlxalq hüquqa ziddir. Hələ qaldı ki, orada hər hansı vəzifəli şəxslərin rotasiyası ümumiyyətlə yol verilməzdir.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilər Azərbaycanın suveren ərazisidir və bu bölgədə ölkəmizin iradəsindən kənarda heç bir hərəkət və yaxud fəaliyyət həyata keçirilə bilməz.

Ruben Vardanyan və Arayik Arutyunyan da daxil olmaqla separatçı rejimdə təmsil olunan, bu rejimi müdafiə edənlər beynəlxalq hüquqla cinayətkardırlar.

Bu cinayətkarların Azərbaycan qanunvericiliyi qarşısında cavab verəcəkləri gün isə uzaqda deyil.

Aqil Musa
Missiya.Az



  • 15-01-2023, 16:20