AZ   |   RU
İsveç hökuməti İranda etirazçıların edamını pisləyib

İsveç İranda etiraz aksiyası iştirakçılarının edam edilməsini kəskin pisləyib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

Məlumatda deyilir ki, digər Aİ üzv ölkələri kimi, krallıq bu cəzanı harada və hansı şəraitdə tətbiqindən asılı olmayaraq rədd edir.

Bundan əvvəl İsveç Xarici İşlər Nazirliyi İranın Stokholmdakı səfirini edam hökmlərinin icrasına kəskin etiraz etmək üçün çağırıb.


  • 10-01-2023, 23:45