“Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən onun NATO-nun Avropa İttifaqı ilə əməkdaşlığı həmişəkindən daha vacibdir”.
Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu NATO-nun Brüsseldəki mənzil qərargahında Avropa ilə üçüncü birgə bəyannamənin imzalanması zamanı mətbuat konfransında çıxış edən Alyansın baş katibi Yens Stoltenberq deyib.
Siyasətçi ötən ilin fevralında Rusiya prezidenti Valdimir Putinin Ukraynanın işğalını müzakirə etmək üçün görüşdükləri anı xatırladaraq bu sözləri deyib: “Putin bir neçə günə Ukraynanı almaq və NATO-nu parçalamaq istəyirdi. Hər iki baxımdan o, açıq-aydın uğursuzluğa düçar olub”.
Qeyd edək ki, bu gün Aİ Şurasının prezidenti Şarlz Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Stoltenberqlə birlikdə əməkdaşlıq bəyannaməsini imzalayıblar.
Daşqın Həsənov
Missiya.Az